Cəmiyyət

Bakıda 40 mindən çox sakini olan qəsəbə 2 GÜN SUSUZ QALACAQ

02 Jun 2026, 14:50 12 baxış
Bakıda 40 mindən çox sakini olan qəsəbə 2 GÜN SUSUZ QALACAQ
Qaradağ rayonu, Lökbatan qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar 2 iyun gecə saatlarından 4 iyun günorta saatlarına qədər Qaradağ rayonu, Lökbatan qəsəbəsinə suyun verilməsində fasilə olacaq. Qeyd edək ki, Lökbatan qəsəbəsinin 40 mindən çox sakini var.
Mənbə oxu.az

Oxşar Xəbərlər