Cəmiyyət

Bakının bu rayonunda 2 gün su olmayacaq

02 Jun 2026, 14:44 13 baxış
Bakının bu rayonunda 2 gün su olmayacaq

Bu gecə Bakının Qaradağ rayonunda suyun verilməsində fasilə yaranacaq.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.


Bildirilib ki, yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar iyunun 2-də gecə saatlarından 04 iyun günorta saatlarına qədər Qaradağın Lökbatan qəsəbəsinə suyun verilməsi dayandırılacaq.


Qurum anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığını bildirir.

Mənbə axar.az

Oxşar Xəbərlər