İqtisadiyyat

SOCAR prezidenti "Apollo Global Management"in icraçı direktoru ilə görüşüb - FOTO

02 Jun 2026, 12:46 12 baxış
SOCAR prezidenti "Apollo Global Management"in icraçı direktoru ilə görüşüb - FOTO
"Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf "Apollo Global Management, Inc."in icraçı direktoru Conatan Bar ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, görüşdə "Bakı Enerji Həftəsi"nin beynəlxalq enerji əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Bu xüsusda, tədbirin açılış mərasimi çərçivəsində tərəflər arasında imzalanan sənədlərin qarşılıqlı səmərəli əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulanıb. Söhbət zamanı "midstream", "yaşıl enerji" keçidi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib, eləcə də enerji layihələrinin kapital strukturunun optimallaşdırılması, innovativ investisiya həllərinin tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
{{gallery}}
SOCAR prezidenti "Apollo Global Management"in icraçı direktoru ilə görüşüb - FOTO SOCAR prezidenti "Apollo Global Management"in icraçı direktoru ilə görüşüb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər