İqtisadiyyat

Cio Kristofol: "Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin operatorluğunun SOCAR-a verilməsindən məmnunuq"

02 Jun 2026, 11:18 10 baxış
Cio Kristofol: "Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin operatorluğunun SOCAR-a verilməsindən məmnunuq"
"Şahdəniz" layihəsi üzrə işlərin təxminən 30%-i tamamlanıb". Oxu.Az xəbər verir ki, bunu bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofol 31-ci Bakı Enerji Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, dünən AÇG-də dərin qaz layihəsi çərçivəsində ilk hasilat quyusunun işə salındığını elan edilib: "Yaxın zamanda növbəti quyu da istifadəyə veriləcək. AÇG Azərbaycanda ən böyük neft yataqları blokudur və bp burada operator qismində fəaliyyət göstərir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin operatorluğunun SOCAR-a təhvil verilməsi prosesi qrafikə uyğun davam edir. 1 iyul tarixində müqavilə öhdəliyi qüvvəyə minir və biz bunu yerinə yetirməyə hazırıq. Vurğulamaq istəyirəm ki, bu, müqavilə öhdəliyidir, yəni bp-nin aktiv satışı deyil, sadəcə müqaviləyə uyğun prosedurdur. SOCAR-ın operator olacağını görməkdən məmnunuq. Biz çox detallı bir keçid üzərində işləyirik. SOCAR bu boru kəmərini idarə etmək üçün lazım olan təcrübə və bacarığa malikdir, ona görə də bu prosesdən məmnunuq".
Mənbə oxu.az

Oxşar Xəbərlər