Cəmiyyət
Nizami rayonunda gecələr görünməyən TƏHLÜKƏ: "Sürücülər çalaya düşürlər" - VİDEO
Bakının Nizami rayonu ərazisində yolda yaranan problem sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında, Şirin Mirzəyev küçəsində yolun asfalt örtüyünün dağılması nəticəsində dərin çala əmələ gəlib. "Neçə müddətdir ki, bu yolda belə bir problem mövcuddur. Xüsusilə gecə saatlarında və çaladan xəbərsiz olan sürücülər üçün bu vəziyyət ciddi risk yaradır. Sürücülər gəldikləri sürətlə hərəkət etdikləri zaman avtomobil qəfil çalaya düşür, bu isə nəqliyyat vasitələrinin təkərlərinə və asqı sisteminə ziyan vurur", - deyə şikayətdə bildirilir. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.

Mənbə
oxu.az