İqtisadiyyat
Bassem Tadros: "Təbii qaza tələbat qarşıdakı onillikdə əhəmiyyətli dərəcədə artacaq"
"Azərbaycandakı fəaliyyətimizi genişləndirmək üçün müzakirələr aparırıq". Oxu.Az xəbər verir ki, bu fikirləri XRG şirkətinin aktivlərin idarəolunması üzrə baş vitse-prezidenti Bassem Tadros 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən "Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə deyib. O bildirib ki, qlobal miqyasda təbii qaza tələbatın qarşıdakı onillikdə əhəmiyyətli dərəcədə artacağı gözlənilir: "Enerji layihələri, xüsusilə də sərhədlərarası layihələr mürəkkəb və yüksəkriskli olduğundan tərəfdaşlıqlar onların risklərinin azaldılmasında və daha sürətli icrasında mühüm rol oynayır".
Mənbə
oxu.az