İdman

Avropa çempionatı: Azərbaycan millisinin yarımfinal uğrunda Çexiya sınağı

02 Jun 2026, 10:32 15 baxış
Avropa çempionatı: Azərbaycan millisinin yarımfinal uğrunda Çexiya sınağı
Bu axşam Azərbaycanın minifutbol üzrə milli komandası Slovakiyada təşkil olunan Avropa çempionatında 1/4 final sınağına çıxacaq. Oxu.Az xəbər verir ki, yığmamız bu mərhələdə Çexiya kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək. Bu cütün qalibi yarımfinal mərhələsində Rumıniya - Serbiya duelindən üstün ayrılan tərəflə üz-üzə gələcək. Xatırladaq ki, Azərbaycan millisi bundan əvvəlki 1/8 final mərhələsində gərgin keçən oyunda Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edərək adını növbəti tura yazdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər