İqtisadiyyat
Bayraktar: "Abşeron" qazı ilə bağlı müqavilə Azərbaycanla əlaqəmizi daha yüksək səviyyəyə qaldırır"
"Türkiyə və Azərbaycan arasında Bakı-Tbilisi-Ceyhan (BTC), TANAP və Bakı-Tbilisi-Ərzurum kimi layihələrlə qurduğumuz möhkəm əlaqəni bu gün Bakıda imzalanma mərasiminə şahidlik etdiyimiz "Abşeron" qaz yatağı ilə bağlı müqavilə ilə daha yüksək səviyyəyə qaldırdıq". Oxu.Az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparaslan Bayraktar "X" sosial şəbəkə hesabında yazıb. "Bakı Enerji Həftəsi çərçivəsində, həmçinin həmkarlarımız və beynəlxalq şirkətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirdik, təşkil olunan sessiyalarda ölkəmizin gələcək vizyonunu bölüşdük. Etibarlı bir tərəfdaş olaraq əsas prioritetimiz həm ölkəmizin, həm də regionumuzun enerji təchizatı təhlükəsizliyinə davamlı töhfələr verməkdir. Bu istiqamətdə, regional dayanıqlılığımızı artırmaq üçün təbii qaz və elektrik enerjisi sahəsində qonşularımızla olan bağlantılarımızı gücləndirməyə qətiyyətlə davam edəcəyik", - deyə o, paylaşımında vurğulayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər