İqtisadiyyat

SOCAR və "Shell" şirkətləri süni intellektin tətbiqi sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər

01 Jun 2026, 23:18 1 baxış
SOCAR və "Shell" şirkətləri süni intellektin tətbiqi sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər
İyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf "Shell" şirkətinin icraçı vitse-prezidenti Valid Hadi ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Görüşdə şirkətlər arasında Azərbaycanda və digər ölkələrdə enerji sektorunun müxtəlif seqmentləri üzrə potensial əməkdaşlıq məsələləri müzakirə olunub. Bu xüsusda, bu gün SOCAR və "Shell" şirkəti arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd olunub. Tərəflər "upstream", "midstream", "downstream", insan kapitalının inkişafı, tədqiqat və innovasiya, eləcə də süni intellektin tətbiqi sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
{{gallery}}
SOCAR və "Shell" şirkətləri süni intellektin tətbiqi sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər SOCAR və "Shell" şirkətləri süni intellektin tətbiqi sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər
Mənbə oxu.az

Oxşar Xəbərlər