İqtisadiyyat
SOCAR-ın prezidenti "Gran Tierra Energy" şirkətinin rəhbəri ilə görüşüb
İyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf "Gran Tierra Energy Inc." şirkətinin prezidenti və baş icraçı direktoru Qari Quidri ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Görüşdə şirkətlər arasında əlaqələrin dinamik inkişafı məmnunluqla qeyd olunub. Cari ilin fevralında SOCAR-la "Gran Tierra Energy Inc." şirkəti arasında imzalanmış "Azərbaycan Respublikasının Quba-Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü haqqında Saziş"in icrası üzrə görülən işlər nəzərdən keçirilib. Tərəflər "upstream" fəaliyyəti üzrə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər