İqtisadiyyat
SOCAR 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində öz stendi ilə təmsil olunur
SOCAR Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan tədbirlərdə fəal iştirak edir. Oxu.Az bu barədə SOCAR-a istinadən xəbər verir. Şirkətin "baş tərəfdaş"ı olduğu Bakı Enerji Həftəsi bu gün regionda və qlobal miqyasda enerji təhlükəsizliyinə, dayanıqlı tərəqqiyə, səmərəli əməkdaşlığa töhfə verən mühüm platforma kimi böyük nüfuz qazanıb. SOCAR bu il Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində "Etibarlı Tərəfdaş, Güvənli Enerji Təchizatı" ideyası əsasında hazırlanan stendlə təmsil olunur. Ən son texnoloji həllər tətbiq olunmaqla hazırlanan stenddə SOCAR-ın ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, beynəlxalq fəaliyyət coğrafiyası, innovasiya və rəqəmsallaşma gündəliyi, eləcə də dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumatlar yer alıb. Belə ki, stendin "Milli enerjinin gücü" bölməsində "Şahdəniz", "Azəri-Çıraq-Günəşli", "Neft Daşları", "Bulla-dəniz", "Abşeron", "Ümid" kimi yataqlar, Heydər Əliyev adına Neft Emalı Zavodu, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri, Iğdır-Naxçıvan qaz kəməri, Naxçıvan yeni istilik elektrik stansiyası və bərpaolunan enerji layihələri ilə bağlı ətraflı informasiyalar təqdim olunur. Ziyarətçilər stendin "İnnovasiya, rəqəmsallaşma və qlobal fəaliyyət" bölməsində şirkətin rəqəmsal transformasiya üzrə nailiyyətləri, "SOCAR Karbamid", "Petkim", STAR, "Italiana Petroli" müəssisələri, eləcə də "Tamar", "Baleine", "Üstyurt" və digər beynəlxalq layihələri, SOCAR-ın yanacaqdoldurma stansiyaları şəbəkəsi barədə məlumatlarla tanış ola bilərlər. "Dayanıqlı gələcək və ətraf mühitin mühafizəsi" bölməsində isə Bakı Ali Neft Məktəbi, Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi, xarici universitetlərlə əməkdaşlıq, tədqiqat və inkişaf təşəbbüsləri, insan kapitalına yönəlmiş digər layihələr, həmçinin geotermal enerji, metan emissiyalarının azaldılması layihələri barədə informasiyalar təqdim olunur. SOCAR, eyni zamanda, enerji sektorunun müxtəlif sahələri üzrə fəal müzakirələrin aparıldığı Bakı Enerji Forumunun işində də yaxından iştirak edir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər