Siyasət
"Haber Global": Trampdan Əliyevə anlamlı hədiyyə - VİDEO
"Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. Azərbaycan lideri Tpampın xatirə hədiyyəsini sosial mediada paylaşıb". Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalında yayımlanan reportajda bildirilib.
Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı "X" platformasında ABŞ liderinin jestinə yüksək qiymət verib. Telekanalda hədiyyənin anlamının çox böyük olduğu önə çəkilib. Xatırladaq ki, Azərbaycan lideri paylaşımında ABŞ prezidentinə minnətdarlığını bu cür ifadə edib: "Möhtərəm Prezident Donald Tramp, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydiniz və xoş sözlərinizlə birlikdə mənə xatirə hədiyyəsi olaraq göndərdiyiniz üçün Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Bu diqqətəlayiq jesti yüksək qiymətləndirir və ona böyük ehtiram bəsləyirəm".

Mənbə
oxu.az