İqtisadiyyat

Nazir: "Azərbaycan strateji enerji və tranzit qovşağına çevrilməkdədir"

01 Jun 2026, 18:12 2 baxış
Nazir: "Azərbaycan strateji enerji və tranzit qovşağına çevrilməkdədir"
"Azərbaycan Prezidenti D-8 təşkilatı ilə münasibətlərin gücləndirilməsinə xüsusi əhəmiyyət verir və ölkəmiz təşkilatın fəaliyyətinin inkişafına fəal töhfə verir". Oxu.Az xəbər verir ki, bu fikirləri energetika naziri Pərviz Şahbazov 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşündə deyib. Nazir bildirib ki, Azərbaycanda D-8 üzrə bir neçə mərkəzin yaradılması təşəbbüsü, COP29 çərçivəsində keçirilən D-8 Yüksəksəviyyəli Enerji və İqlim Dialoqu, eləcə də bugünkü enerji nazirlərinin görüşü bu istiqamətdə atılmış praktiki addımların nəticəsidir: "Artan geosiyasi gərginliklər, enerji bazarlarında dəyişkənlik, istehlakçı davranışlarındakı dəyişikliklər, sürətlənən elektrikləşdirmə prosesi və yaşıl keçid qlobal enerji mənzərəsini əhəmiyyətli dərəcədə yenidən formalaşdırır. Bu inkişaflar göstərir ki, yalnız bir mənbəyə, bir bazara və ya bir marşruta arxalanmaq artıq etibarlı strategiya deyil. Yeni geosiyasi şəraitdə enerji siyasətlərinin şaxələndirilməsi, yeni bazarlara çıxış və yeni tərəfdaşlıqların qurulması Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün strateji dayanıqlığın əsas vasitəsinə çevrilib". P.Şahbazov vurğulayıb ki, Azərbaycan enerji təhlükəsizliyi ilə enerji keçidi arasında balanslı yanaşmanı ardıcıl şəkildə həyata keçirir: "Neft-qazdan elektrik enerjisinə, eləcə də yaşıl enerjiyə qədər uzanan regional enerji dəhlizləri inkişaf etdirilir. Bununla yanaşı, ölkə strateji enerji və tranzit qovşağına çevrilməkdədir. Araz çayı üzərində birgə inşa edilən "Xudafərin" və "Qız Qalası" hidroelektrik stansiyalarının ümumi gücü 280 MVt təşkil edir. Ordubad su elektrik stansiyasının tikintisinin tamamlanması üzrə işlər aparılır".
Mənbə oxu.az

Oxşar Xəbərlər