İqtisadiyyat
Şərqi Zəngəzurla Naxçıvan arasında 1 000 MVt-lıq layihə: Müzakirələr başladı
"Azərbaycan 200 MVt gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdən keçirir". Oxu.Az xəbər verir ki, bu fikirləri energetika naziri Pərviz Şahbazov 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşündə deyib. Nazir bildirib ki, hazırda elektrik enerjisi sahəsində əməkdaşlıq 500 MVt ötürmə gücünə malik xətlər vasitəsilə həyata keçirilir: "Bundan əlavə, gücü 1 000 MVt olacaq Şərqi Zəngəzur-Naxçıvan elektrik əlaqəsinin yaradılması məsələsi müzakirə olunur. Eyni zamanda, elektrik enerjisi və bərpaolunan enerji sahəsində əməkdaşlıq da inkişaf edir və bu çərçivədə 200 MVt gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdən keçirilir".
Mənbə
oxu.az
Oxşar Xəbərlər