İqtisadiyyat

D-8 baş katibi: "Enerji keçidi praqmatik, balanslı və milli inkişaf prioritetləri ilə uzlaşan şəkildə olmalıdır"

01 Jun 2026, 18:34 3 baxış
D-8 baş katibi: "Enerji keçidi praqmatik, balanslı və milli inkişaf prioritetləri ilə uzlaşan şəkildə olmalıdır"
"Bərpaolunan enerji mənbələri artıq dünya üzrə elektrik enerjisi istehsalının təxminən üçdəbirini təmin edir ki, bu da təmiz enerji texnologiyalarının gələcəyin enerji mənzərəsinin formalaşmasında artan rolunu əks etdirir". Oxu.Az xəbər verir ki, bu fikirləri D-8-in baş katibi Sohail Mahmud 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşündə deyib. O bildirib ki, bu tendensiyalar D-8 ölkələri üçün mühüm bir mesaj verir: "İnnovasiyaları və daha təmiz texnologiyaları qəbul etməli olsaq da, enerji keçidi praqmatik, balanslı və milli inkişaf prioritetləri ilə uzlaşan şəkildə olmalıdır. 2020-2030-cu illəri əhatə edən Onillik Yol Xəritəsinin həyata keçirilməsi mühüm mərhələdir. Bu yol xəritəsində enerji məsələləri xüsusi yer tutur. Sürətlə dəyişən qlobal enerji mühitində D-8 üzv dövlətlərinin qarşılaşdığı əsas çağırışları özündə ehtiva edir".
Mənbə oxu.az

Oxşar Xəbərlər