Siyasət
Yakov Milatoviç Azərbaycana gəlir
Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycana səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Y. Milatoviç 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubunda qeyd edib.
“Bu ilin sonunda ölkənizə rəsmi səfər etməyi səbirsizliklə gözləyirəm. Bu səfər zamanı birbaşa ünsiyyət vasitəsilə dövlətlərarası münasibətlərimizin inkişafı üçün gələcək istiqamətlər barədə fikir mübadiləsi apara bilərik”, - prezident bildirib.
Mənbə
axar.az