İqtisadiyyat
Banqladeşli nazir: "SOCAR-la mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı danışıqlar aparırıq"
"Banqladeş SOCAR-la mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı danışıqlar aparır". Oxu.Az xəbər verir ki, bu fikirləri Banqladeşin energetika və mineral ehtiyatlar naziri İqbal Həsən Mahmud 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən "Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq" adlı panel müzakirədə deyib. O bildirib ki, fevraldan fəaliyyətə başlayan hökumət son dövrlər dünyada yaranmış böhran fonunda yeni axtarışlara çıxıb: "Müəyyən əlaqələrimiz qurulub. Biz SOCAR ilə benzin alışı üçün müqavilə bağlamışıq. Bundan başqa LNG tədarükü üzrə danışıqlar aparırıq. Çünki ölkəmizin mayeləşdirilmiş təbii qaza olan ehtiyacı olduqca böyükdür".
Mənbə
oxu.az