Siyasət
Milli Məclisin növbədənkənar sessiyası çağırılır - SƏRƏNCAM
Milli Məclisinin sədri Sahibə Qafarova 82 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsaslanaraq 2026-cı il iyunun 1-dən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Oxu.Az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nəzərə çatdıraq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.
Mənbə
oxu.az