İqtisadiyyat

Qazaxıstanlı nazir BTC-nin ölkəsi üçün əhəmiyyətindən danışdı

01 Jun 2026, 15:26 1 baxış
Qazaxıstanlı nazir BTC-nin ölkəsi üçün əhəmiyyətindən danışdı
"Bizə Xəzər neftini beynəlxalq bazarlara çıxarmaq üçün daha çox alternativ nəqliyyat marşrutları lazımdır". Oxu.Az xəbər verir ki, bu fikirləri Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən "Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq" adlı panel müzakirədə deyib. O bildirib ki, Qazaxıstan BTC-yə (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri - red.) qoşulub: "Ondan istifadə etməmək rasional olmazdı. Biz artıq mövcud infrastrukturdan tam gücü ilə istifadə edirik. Görürük ki, bizə əlavə marşrutlar lazımdır. Xüsusilə indiki şəraitdə bütün bu münaqişələr göstərir ki, Qazaxıstan təkcə Mərkəzi Asiyada deyil, qlobal miqyasda da çox vacib oyunçudur. Biz neftimizin təxminən 80 faizini beynəlxalq bazarlara ixrac edirik və əsas istiqamətlərdən biri Avropa bazarıdır. Biz Koreya, Tailand, İndoneziya və digər ölkələrdən Qazaxıstana gələn çoxsaylı nümayəndə heyətlərini görürük. Onlar ənənəvi regionlardan kənardan gələrək neft tədarükü ilə bağlı müraciətlər edirlər. BTC sistemi burada əsas rol oynayır, çünki onun təxminən 25 milyon ton ehtiyat ötürmə qabiliyyəti var və Qazaxıstan yaxın gələcəkdə, xüsusilə yeni inkişaf planları ilə, bu əlavə imkanlardan istifadə edə bilər".
Mənbə oxu.az

Oxşar Xəbərlər