İqtisadiyyat

Azərbaycanda 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiqlənib

01 Jun 2026, 15:32 1 baxış
Azərbaycanda 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiqlənib
Azərbaycanda 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi tənzimlənib. Oxu.Az xəbər verir ki, bu barədə Tarif Şurasının iclasında qərar qəbul edilib. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının "Dərman vasitələri" bölməsində yerləşdirilib. Qərar sabahdan qüvvəyə minəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər