Siyasət

Alparslan Bayraktar: "Hadisələr göstərir ki, biz qeyri-müəyyənlik və böhranlar dövründə yaşayırıq"

01 Jun 2026, 15:34 1 baxış
Alparslan Bayraktar: "Hadisələr göstərir ki, biz qeyri-müəyyənlik və böhranlar dövründə yaşayırıq"
"Yüksək enerji və əmtəə qiymətləri, sanksiyalar, ticarət davaları, ənənəvi savaşlar, Ukraynada davam edən müharibə, eləcə də Yaxın Şərqdəki son olaylar və İrandakı hadisələr göstərir ki, biz qeyri-müəyyənlik və böhranlar dövründə yaşayırıq". Oxu.Az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı deyib. O bildirib ki, biz özümüzü bu yeni inkişaflara uyğun şəkildə hazırlamalıyıq: "Bu kontekstdən baxdıqda, mövcud vəziyyətə adekvat cavab vermək üçün iki əsas amil lazımdır. Birincisi, şaxələndirmədir. İkincisi isə interkonnektivlikdir, yəni qarşılıqlı bağlantıların və əlaqələrin gücləndirilməsi. Bu iki məsələ birlikdə həyata keçirilməlidir". "Bununla bağlı bir neçə praktik təklif də irəli sürmək olar. İlk növbədə bütün mövcud infrastrukturdan maksimum istifadə etməyə fokuslanmalıyıq. Bu, birinci məsələdir. Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) hələ də təxminən 40 faiz boş ötürmə gücünə malikdir. İraq-Türkiyə boru kəməri də eyni şəkildə mühüm potensiala malikdir. Xatırlayırsınızsa, biz bu mövzuları müxtəlif platformalarda dəfələrlə müzakirə etmişik. Bu gün mövcud infrastrukturdan tam istifadə edilsə, gündəlik 1.5 milyon barel neft axını gücündən danışmaq mümkündür", - deyə nazir əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər