İqtisadiyyat

Çingiz Orucov: "Dron vasitəsilə həm sızmaları aşkarlanır, həm də metan qazının həcmini müəyyən etmək mümkün olur"

01 Jun 2026, 15:50 2 baxış
Çingiz Orucov: "Dron vasitəsilə həm sızmaları aşkarlanır, həm də metan qazının həcmini müəyyən etmək mümkün olur"
"Emissiyaların azaldılması üçün sızmaların aşkarlanmasında dronlardan istifadə səmərəli həll yolu hesab olunur". Oxu.Az xəbər verir ki, bunu "TotalEnergies" şirkətinin Bərpa olunan enerji üzrə baş biznes inkişafı mütəxəssisi Çingiz Orucov 31-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində "Upstream əməliyyatlarında emissiyaların azaldılması: Praktiki yanaşmalar - metan emissiyalarının azaldılması, elektrikləşdirmə və dərhal təsir göstərən əməliyyat səmərəliliyinin artırılması" adlı panel müzakirəsində deyib. O bildirib ki, dron vasitəsilə həm sızmaları aşkarlanır, həm də metan qazının həcmini müəyyən etmək mümkün olur: "Bu bizə sızmaların həcmini bilərək tədbir görmək imkan yaradır. Bəzi sızmalar barədə tədbir görmək çox asandır. Çünki bir insanın sızmanı aşkarlanması çox çətindir, lakin dron vasitəsilə sızmaları aşkarlamaq rahat və əlverişlidir. Bu praktika Azərbaycan üçün də səmərəlidir".
Mənbə oxu.az

Oxşar Xəbərlər