Siyasət
Ukrayna dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
"Azərbaycan Ukraynaya enerji sektorunun dəstəklənməsi məqsədilə 11 yardım paketi təqdim edib. Buna görə son dərəcə minnətdarıq". Oxu.Az xəbər verir ki, bu fikirləri Ukrayna baş nazirinin birinci müavini və Ukraynanın energetika naziri Denis Şmıqal 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı deyib. O, ötən qışın Ukrayna üçün ən çətin dövr olduğunu bildirib və qeyd edib ki, Azərbaycanın göstərdiyi dəstək xüsusilə mühüm əhəmiyyət daşıyıb: "Azərbaycanlı dostlarımız generatorlar, transformatorlar, kabel məhsulları və digər həyati vacib avadanlıqlar təqdim etdilər. Bu yardım qışı uğurla keçirməyimizə kömək etdi. Bu gün isə həmin dəstək bizi növbəti qışa hazırlamağa yardım edir. Prezident İlham Əliyevə və energetika naziri Pərviz Şahbazova dərin təşəkkürümüzü bildiririk. Bu həmrəyliyi yüksək qiymətləndirir və göstərilən dəstəyə görə səmimi-qəlbdən minnətdarlığımızı ifadə edirik. Ortaq maraqlarımızın və qarşılıqlı anlaşmanın mövcudluğu əməkdaşlığımızın və qarşılıqlı etimadımızın əsas hərəkətverici qüvvəsi olaraq qalır".
Mənbə
oxu.az