Siyasət
Prezident Qurban Qurbanovu TƏLTİF ETDİ - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev Qurban Səidoviç Qurbanov "Dostluq" ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb. Oxu.Az President.az-a istinadən xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir: "Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Qurban Səidoviç Qurbanov "Dostluq" ordeni ilə təltif edilsin".
Mənbə
oxu.az