Siyasət
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Oxu.Az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Sinqapur xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Ölkənizə davamlı sülh, tərəqqi və rifah arzu edirəm".
Mənbə
oxu.az