Dünya

Küveyt səmasında partlayışlar: Ərəb ölkəsi PUA və raket hücumlarına məruz qalıb

01 Jun 2026, 10:28 26 baxış
Küveyt səmasında partlayışlar: Ərəb ölkəsi PUA və raket hücumlarına məruz qalıb
Küveytin hava hücumundan müdafiə (HHM) sistemi ölkə ərazisi üzərində pilotsuz uçuş aparatları (PUA) və raket hücumlarını dəf edir. Oxu.Az xəbər verir ki, bu barədə sözügedən ərəb ölkəsinin Müdafiə Nazirliyi məlumat yayıb. "Hazırda Küveytin HHM sistemi düşmənin raket və PUA hücumlarına qarşı mübarizə aparır. Ordunun Baş Qərargahı partlayış səslərinin düşmən hücumlarının qarşısının alınması nəticəsində baş verdiyini bildirir", - deyə nazirliyin sosial şəbəkə hesabında məlumat verilib. Küveyt ordusu vətəndaşları müvafiq orqanlar tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər