Digər

Qəzzafinin qızı hakimiyyətə gələ bilər - Sorğu

07 Oct 2026, 22:14 2 baxış
Qəzzafinin qızı hakimiyyətə gələ bilər - Sorğu

Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin qızı Aişə Qəzzafi ölkədə keçirilən qeyri-rəsmi sorğuda birinci yeri tutub.


Axar.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” məlumat yayıb.


Bildirilib ki, “Gələcəkdə ölkəyə kimin rəhbərlik etməsini istərdiniz” sualı ilə iştirakçılara müraciət edilib. Sorğuda ümumilikdə 549 min nəfər iştirak edib. 141.502 nəfər Aişə Qəzzafiyə səs verib. Aişə Qəzzafi ikinci yeri tutan rəqibini 30 min səslə üstələyib.


Bu arada, Liviyanın keçmiş liderinin tərəfdarlarından ibarət bir neçə qrup qardaşı Seyf əl-İslamın ölümündən sonra Aişəni hərəkata rəhbərlik etməyə çağırıb.


Omanda siyasi sığınacaq alan Aişə Qəzzafinin özü hələlik bu sorğunun nəticələri ilə bağlı şərh verməyib və onun siyasi liderlik vəzifələrini öz üzərinə götürməyə razı olub-olmadığı məlum deyil.

Mənbə axar.az

Oxşar Xəbərlər