Dünya

ABŞ-İran gərginliyi kəskinləşir: Hər iki tərəf qarşılıqlı zərbələr endirdi

01 Jun 2026, 10:44 3 baxış
ABŞ-İran gərginliyi kəskinləşir: Hər iki tərəf qarşılıqlı zərbələr endirdi
ABŞ ordusu İranın radar qurğusuna, eləcə də PUA-ların idarəetmə məntəqələrinə zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. "CENTCOM özünümüdafiə məqsədilə Qarukda və Kejm adasında yerləşən İranın radar qurğusuna, habelə idarəetmə və nəzarət məntəqələrinə zərbələr endirib", - deyə komandanlığın sosial şəbəkə hesabında məlumat verilib. Məlumatına görə, zərbələr may ayının 30-31-də endirilib və İranın ABŞ-yə məxsus "MQ-1" PUA-sının vurmasına cavab olaraq həyata keçirilib. "Amerika qırıcısı dərhal cavab verərək İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə stansiyasını və iki kamikadze dronunu məhv edib"- , deyə komandalığın yaydığı məlumatda bildirilib. Qeyd olunur ki, əməliyyatlar zamanı ABŞ hərbçiləri xəsarət almayıblar. CENTCOM-dan bildirilib ki, komandanlıq davam edən atəşkəs müddətində Birləşmiş Ştatların aktivlərini və maraqlarını qoruyacaq. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz növbəsində gecə saatlarında İranın Sirik adasına hücum həyata keçirilən ABŞ hərbi bazasına cavab zərbəsi endirdiyini bəyan edib. "ABŞ ordusunun Xormozqan vilayətindəki Sirik adasında yerləşən telekommunikasiya qülləsinə son hücumuna cavab olaraq, SEPAH-ın Hərbi Hava Qüvvələri hücumun həyata keçirildiyi aviabazaya zərbə endirib", - deyə İranın dövlət telekanalı SEPAH-a istinadən məlumat yayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər