İqtisadiyyat

Yaxın Şərqdə gərginlik fonunda neft BAHALAŞDI

01 Jun 2026, 11:00 3 baxış
Yaxın Şərqdə gərginlik fonunda neft BAHALAŞDI
Yaxın Şərqdə münaqişənin nizamlanması perspektivləri ilə bağlı qeyri-müəyyənlik fonunda neft qiymətləri yüksəlib. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Bakı vaxtı ilə saat 09:12-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 1.89 dollar (2.07%) bahalaşaraq bir barel üçün 93.01 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 1.58 dollar (1.7%) ucuzlaşaraq bir barel üçün 91.12 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 2.21 dollar (2.53%) artaraq bir barel üçün 89.57 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 1.54 dollar (1.73%) ucuzlaşaraq bir barel üçün 87.36 dollara düşmüşdü.
Mənbə oxu.az

Oxşar Xəbərlər