Cəmiyyət

Bakının bu rayonunda 3 saat işıq olmayacaq

01 Jun 2026, 10:01 7 baxış
Bakının bu rayonunda 3 saat işıq olmayacaq

Bakının Nizami rayonunun bir hissəsinə elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Axar.az xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb.


Belə ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər