Dünya

Çilidə bir həftədə ikinci güclü zəlzələ

01 Jun 2026, 09:08 26 baxış
Çilidə bir həftədə ikinci güclü zəlzələ
Çilinin əsas limanı olan Valparaiso akvatoriyasında 6 bal gücündə zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Seysmik hadisənin episentri 300 minə yaxın əhalisi olan Vinya-del-Mar şəhərindən 38 km aralıda yerləşib. Dağıntı və itki barədə məlumat verilməyib. Qeyd edək ki, təxminən bir həftə əvvəl Çilidə 6.8 bal gücündə daha bir zəlzələ qeydə alınmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər