Dünya
Çexiyanın baş naziri: "Avropa İttifaqı Roma imperiyasının yolu ilə gedir"
"Avropa İttifaqı (Aİ) mövcudluğunun son dövrlərindəki Roma imperiyasının yolu ilə gedir". Oxu.Az xəbər verir ki, bu fikirləri Çexiyanın Baş naziri Andrey Babiş "Financial Times" qəzetinə müsahibəsində səsləndirib. Qərbi Roma imperiyası eramızın 476-cı ilində süqut edib. Tarixçilərin fikrincə, buna daxili problemlər və xarici təhdidlərin məcmusu səbəb olub. Andrey Babiş hesab edir ki, Aİ institutları dekarbonizasiya siyasəti həyata keçirməklə Avropa iqtisadiyyatını uçuruma sürükləyir. Baş nazir əlavə edib ki, Çexiya bu il hərbi xərclərin ümumi daxili məhsulun (ÜDM) 2%-nə çatdırılması ilə bağlı NATO-nun müəyyən etdiyi hədəfə, böyük ehtimalla, nail ola bilməyəcək. O vurğulayıb ki, Praqa 2014-cü ildə NATO qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək üçün əlindən gələni edəcək. Lakin hökumət, onun sözlərinə görə, keçmiş baş nazir Petr Fialanın dövründə həyata keçirilən həddindən artıq xərcləmələr səbəbindən ciddi büdcə kəsiri ilə üzləşib.
Mənbə
oxu.az