Dünya
Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək
Bir neçə gün əvvəl vəfat etmiş kanadalı hokkeyçi Klod Lemyenin ailəsi onun beynini xroniki travmatik ensefalopatiyanın öyrənilməsi məqsədilə Boston Universitetinin alimlərinə təhvil verəcək. Yaxınları ümid edirlər ki, bu addım gələcəkdə idmançıların sağlamlıqlarının qorunmasına kömək edəcək. Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Qeyd edək ki, 60 yaşlı keçmiş hokkeyçinin cəsədini oğlu anbar binasında aşkar edib. Onun vəfatı barədə mayın 28-də məlumat yayılıb. Xroniki travmatik ensefalopatiya çoxsaylı beyin silkələnmələri və kəllə-beyin travmaları nəticəsində yaranan degenerativ beyin xəstəliyidir.
Mənbə
oxu.az