Dünya

Vuçiç serblərin Trampı sevmələrinin səbəbindən danışdı

01 Jun 2026, 06:02 1 baxış
Vuçiç serblərin Trampı sevmələrinin səbəbindən danışdı
"ABŞ Prezidenti Donald Tramp serblər arasında populyardır, çünki o, vacib məsələləri qaldırır və onlara mühafizəkar baxış bucağından yanaşır". Oxu.Az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç "Breitbart" nəşrinə müsahibəsində danışıb. Dövlət başçısının sözlərinə görə, serblər həmişə ABŞ-ni seviblər, "Amerika arzusu" haqqında o gözəl hekayəni bəyəniblər və iki ölkə arasında yeni tip münasibətlər görmək istəyiblər. Vuçiç bildirib ki, serblərin Trampa rəğbət bəsləməsinin digər səbəblərindən biri onun ailə dəyərləri ilə bağlı bəzi məsələləri açıq və ictimai şəkildə qaldırmaq cəsarətidir. Serbiya lideri amerikalı həmkarının dövlət səfəri ilə Serbiyaya gələcəyinə ümid etdiyini deyib. "Onu həyatında gördüyü ən böyük izdiham - 100 mindən çox insan qarşılayacaq. Mən onu dəvət edirəm", - deyə Vuçiç vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər