Dünya
Uzun iş saatlarında enerji toplamağın ən yaxşı yolu nədir? - Dmitri Peskov açıqladı
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov uzunmüddətli iş zamanı ona enerji verən ən yaxşı qəlyanaltının sirrini bölüşüb. Oxu.Az xəbər verir ki, bu barədə mk.ru nəşri məlumat yayıb. Rusiyalı jurnalist Pavel Zarubin Avrasiya İqtisadi İttifaqının Astana sammiti zamanı Peskovdan necə enerji topladığını soruşub. Peskov cavabında bildirib ki, bunun üçün kişmişdən istifadə edir. "Yaxşı kişmiş. Bunu hələ Türkiyədə işlədiyim dövrdən bilirəm, üç saniyə ərzində qlükoza qana keçir", - deyə o, seçimini şərh edib. Dmitri Peskov hesab edir ki, bu quru meyvə vaxt itirmədən sürətli şəkildə enerji toplamağa imkan verir.
Mənbə
oxu.az