Cəmiyyət
Moldovada soydaşımız şəhər meri seçildi
Moldovada yaşayan soydaşımız Ramiz Ansarov Orhey şəhərinin mer vəzifəsinə seçkinin ikinci turunda ilkin nəticələrə görə qalib gəlib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ramiz Ansarovun özü bildirib. Mayın 31-də keçirilən seçkinin ikinci turunda seçicilərin 58 faizindən çoxu Ramiz Ansoravun lehinə səs verib. Qeyd edək ki, mayın 17-də Orhey şəhəri meri seçkisinin birinci turunda Ramiz Ansarov namizədlər arasında ən çox səs toplayıb. 1987-ci ilin aprelin 12-də Kişineuda anadan olan R.Ansarov əslən Qərbi Azərbaycandandır, onun atası Barana (Noyemberyan) rayonunda anadan olub və böyüyüb. Sonradan ailəsi Bakı şəhərinə köçüb. Dörd oğul atası olan R.Ansarov Moldovanın ictimai-siyasi həyatında fəallıq göstərir. O, həmçinin Moldova Azərbaycanlıları Konqresinin vitse-prezidenti kimi diasporumuzun inkişafına öz töhfəsini verir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az