Dünya

Hind okeanında dəniz quldurları neft tankerini ələ keçirdilər

01 Jun 2026, 01:48 2 baxış
Hind okeanında dəniz quldurları neft tankerini ələ keçirdilər
Somali sahilləri yaxınlığında Hind okeanında quldurlar neft tankerini ələ keçiriblər. Oxu.Az xəbər verir ki, bu barədə "Radio Dalsan" məlumat yayıb. Hadisə Somalinin şimal-şərq sahilində, Puntlend regionu yaxınlığında baş verib. Tanker Berbera limanından Moqadişo limanına gedirmiş. Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi insidenti təsdiqləyərək bildirib ki, şəxslər gəminin göyərtəsinə qalxıb və onun idarəetməsini öz nəzarətlərinə götürüblər. Qeyd olunub ki, tanker pakistanlı iş adamlarına məxsusdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər