Cəmiyyət

Moldovadakı soydaşımız Orxey şəhərinin meri seçildi

01 Jun 2026, 01:43 1 baxış
Moldovadakı soydaşımız Orxey şəhərinin meri seçildi

Moldovada yaşayan soydaşımız Ramiz Ansarov Orxey şəhərinin mer vəzifəsinə seçkilərinin ikinci turunda ilkin nəticələrə görə qalib gəlib.


Axar.az xəbər verir ki, bu barədə Azərtac-a Ramiz Ansarovun özü məlumat verib.


Mayın 31-də Orxey şəhərinin mer vəzifəsinə seçkilərin ikinci turunda seçicilərin 58 faizindən çoxu Ramiz Ansoravun lehinə səs verib.


Qeyd edək ki, mayın 17-də Orxey şəhəri merinə seçkilərin birinci turunda Ramiz Ansarov namizədlər arasında ən çox səs toplayıb. 1987-ci ilin aprelin 12-də Kişinyovda anadan olan R.Ansarov əslən Qərbi Azərbaycandandır, onun atası Barana (Noyemberyan) rayonunda anadan olub və böyüyüb. Sonradan ailəsi Bakı şəhərinə köçüb. 4 oğul atası olan R.Ansarov Moldovanın ictimai-siyasi həyatında fəallıq göstərir. O, həmçinin Moldova Azərbaycanlıları Konqresinin vitse-prezidenti kimi diasporumuzun inkişafına öz töhfəsini verir.

Mənbə axar.az

Oxşar Xəbərlər