Cəmiyyət

Yeddi illik baxımsızlıq: Gəncə sakinlərinin yol problemi - VİDEO

31 May 2026, 19:12 2 baxış
Yeddi illik baxımsızlıq: Gəncə sakinlərinin yol problemi - VİDEO
Gəncə şəhəri, Aşıq Ələsgər küçəsinin sakinləri yaşadıqları ərazidə yolların uzun müddətdir baxımsız vəziyyətdə qalmasından şikayət edərək Baku TV-nin qaynar xəttinə müraciət ediblər. Sakinlərin sözlərinə görə, son günlər yağan aramsız yağışlar hərəkəti daha da çətinləşdirib.
"Bu küçə əvvəllər asfalt idi. Kanalizasiya xətti çəkiləndən sonra yolu qazıb dağıtdılar. Özüm də burada yıxılıb xəsarət almışam. Təcili tibbi yardım, taksi buraya gəlməkdə çətinlik çəkir. Yeddi ildir bu vəziyyət davam edir", - sakinlərdən biri bildirib. Digər sakin isə narazılığını belə ifadə edib: "77 yaşım var. Bu yolda yıxılmışam. Bu vəziyyətə niyə əncam çəkilmir?!".
Mənbə oxu.az

Oxşar Xəbərlər