Dünya

Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi

31 May 2026, 19:48 2 baxış
Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi
ABŞ Prezidenti Donald Tramp ölkənin Türkiyədəki səfiri Tom Barrakı İraq üzrə xüsusi nümayəndəsi təyin edib. Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı "Truth Social" platformasında yazıb. Diplomat eyni zamanda Suriya üzrə xüsusi nümayəndə vəzifəsini də icra etməyə davam edəcək. "Mən məmnunluqla bildirirəm ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak, gördüyü möhtəşəm işlərə görə, Suriya üzrə prezidentin xüsusi nümayəndəsi olmaqla yanaşı, həm də İraq üzrə prezidentin xüsusi nümayəndəsi təyin ediləcək. Biz Suriya və İraq hökumətləri ilə strateji əməkdaşlığımızı inkişaf etdiririk və onlarla münasibətlərimiz möhkəmlənməkdə davam edir", - Tramp yazıb. O əlavə edib ki, Barrak Türkiyədə səfir vəzifəsində qalacaq və fəaliyyətini ABŞ Dövlət Departamentinin tam dəstəyi ilə davam etdirəcək. Tom Barrak 2025-ci ilin aprelində ABŞ-nin Türkiyədəki səfiri təyin olunub. Həmin ilin may ayında isə Tramp onu Suriya üzrə xüsusi nümayəndə vəzifəsinə gətirib.
Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi
Mənbə oxu.az

Oxşar Xəbərlər