Dünya

Myanmada anbar partladı: Onlarla ölü və yaralı var

31 May 2026, 20:00 2 baxış
Myanmada anbar partladı: Onlarla ölü və yaralı var
Myanmanın şimalında sənaye təyinatlı emulsiyalı partlayıcı maddələrin saxlanıldığı anbarda baş verən partlayış nəticəsində azı 20 nəfər həlak olub, onlarla insan yaralanıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Eleven Media Group" məlumat yayıb. Hadisə Şan milli bölgəsinin şimalında qeydə alınıb. Həmin ərazi etnik silahlı qruplaşma olan "Taanq Milli Azadlıq Ordusu"nun nəzarəti altındadır. Qruplaşmanın məlumatına görə, anbarda saxlanılan partlayıcı maddələr dağ-mədən sənayesində istifadə üçün nəzərdə tutulubmuş. Partlayışın başvermə səbəbi hələlik müəyyən edilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər