İdman

"Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov U-21-in düşərgəsindən ayrılıb

31 May 2026, 15:12 14 baxış
"Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov U-21-in düşərgəsindən ayrılıb
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, "Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə "Neftçi"nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib. Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər