İdman

PSJ "Barselona"nın rekordunu təkrarladı

31 May 2026, 15:36 15 baxış
PSJ "Barselona"nın rekordunu təkrarladı
PSJ UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə ümumilikdə 45 qol vurub. Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, bu göstərici turnirin 1999/2000 mövsümündə qeydə alınmış rekorda bərabərdir. Həmin mövsümdə "Barselona" finala yüksələ bilməsə də, 45 qol vurmağa nail olmuşdu. Maraqlı məqamlardan biri də odur ki, hər iki rekorda Luis Enrikenin birbaşa aidiyyəti var. İspaniyalı mütəxəssis 1999/2000 mövsümündə "Barselona"nın heyətində futbolçu kimi, 2025/2026 mövsümündə isə PSJ-nin baş məşqçisi qismində bu göstəriciyə imza atıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər