İdman

PSJ Çempionlar Liqasını ard-arda qazana bilən ikinci klub oldu

31 May 2026, 01:32 15 baxış
PSJ Çempionlar Liqasını ard-arda qazana bilən ikinci klub oldu
Fransanın PSJ klubu UEFA Çempionlar Liqasını iki mövsüm ardıcıl qazanan ikinci komanda olub. Oxu.Az xəbər verir ki, bu barədə "Çempionat" nəşri məlumat yayıb. Paris təmsilçisi 2025/2026 mövsümünün finalında Londonun "Arsenal" klubunu məğlub edib. Budapeştdəki "Puşkaş Arena" stadionunda keçirilən görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə PSJ 4:3 hesabı ilə qalib gəlib. Ötən mövsümün finalında Paris klubu İtaliyanın "İnter" komandasını 5:0 hesabı ilə darmadağın etmişdi. Bundan əvvəl yalnız Madridin "Real" klubu Çempionlar Liqasında titulunu növbəti mövsümdə qorumağa nail olub. Qeyd edək ki, "Real Madrid" 2015/16, 2015/17 və 2015/2018-ci illərdə ardıcıl üç dəfə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Məlumat üçün qeyd edək ki, bu turnir 1992-ci ildən etibarən Çempionlar Liqası adlanır. Buna qədər o, Çempionlar Kuboku adını daşıyırdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər