İqtisadiyyat
AZAL Gəncədən Sankt-Peterburqa uçuşları bərpa etdi
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Gəncə-Sankt-Peterburq-Gəncə marşrutu üzrə mövsümi uçuşları bərpa edib. Oxu.Az xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib. "Gəncədən təyyarə mayın 30-da Bakı vaxtı ilə saat 16:20-də Sankt-Peterburqa yola düşüb. Reyslər həftədə bir dəfə, şənbə günləri yerinə yetiriləcək", - AZAL-dan qeyd olunub. Aviaşirkət xatırladıb ki, bu istiqamətdə uçuş sonuncu dəfə 2025-ci il yayın sonlarında həyata keçirilib. Onun bərpası yay turizm mövsümünün başlanması ilə əlaqədardır.
Mənbə
oxu.az