İdman
"Şamaxı"dan ayrılanların sayı 12-yə ÇATDI - FOTO
"Şamaxı" futbol klubu daha bir oyunçu ilə yollarını ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, Vladislav Veremeyev ilə müqavilə müddəti başa çatıb. Qeyd edək ki, mövsüm başa çatdıqdan sonra "Şamaxı" Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov və Rafael Məhərrəmlini komandadan göndərib.
Mənbə
oxu.az