İdman

AÇ: Millimizin 1/8 final mərhələsindəki rəqibi...

30 May 2026, 18:08 14 baxış
AÇ: Millimizin 1/8 final mərhələsindəki rəqibi...

Minifutbol üzrə Azərbaycan millisinin Slovakiyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi bəlli olub.


Axar.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv növbəti raundda Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.


Qeyd edək ki, Azərbaycan millisi F qrupunu 9 xalla birinci pillədə başa vurub. Qazaxıstan yığması 4 xalla E qrupunda ikinci olub.


Xatırladaq ki, Azərbaycan komandası qrup mərhələsində Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.

Mənbə axar.az

Oxşar Xəbərlər