İdman

Azər Bağırov "Kəpəz"dən getdi – Rəsmi

30 May 2026, 17:30 14 baxış
Azər Bağırov "Kəpəz"dən getdi – Rəsmi

"Kəpəz"lə müqaviləsi başa çatan baş məşqçi Azər Bağırov komandadan ayrılıb.


Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, məşqçi ilə razılıq əldə olunmayıb:


"Müqavilə müddəti başa çatan baş məşqçi Azər Bağırovla yeni anlaşma əldə olunmayıb. Mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulayırıq. Azər Bağırova klubumuzda çalışdığı müddətdə göstərdiyi əməyə və komandanın inkişafına verdiyi töhfəyə görə təşəkkür edirik".


Qeyd edək ki, Azər Bağırov ötən ilin oktyabr ayından "Kəpəz"i çalışdırırdı. Onun təyinatından sonra komanda toparlanaraq uğurlu çıxış edib və Premyer Liqada qalmağı bacarıb.

Mənbə axar.az

Oxşar Xəbərlər