İdman

Bu axşam ÇL-in qalibi bəlli olacaq

30 May 2026, 10:44 14 baxış
Bu axşam ÇL-in qalibi bəlli olacaq

UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi bu gün müəyyənləşəcək.


Axar.az xəbər verir ki, final görüşündə Fransanın PSJ və İngiltərənin “Arsenal” klubları qarşılaşacaqlar.


Görüş Macarıstanın paytaxtı Budapeştdəki 67 min azarkeş tutumuna malik "Puşkaş Arena"da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


UEFA Çempionlar Liqası


Final


30 may


Saat 20:00 PSJ (Fransa) – “Arsenal” (İngiltərə)


Baş hakim: Daniel Zibert (Almaniya)

Mənbə axar.az

Oxşar Xəbərlər