İdman
Novak Cokoviçin oyun zamanı halı pisləşdi - FOTO
Serbiyalı tennisçi Novak Cokoviç Fransa Açıq çempionatının (Rolan Qarros) üçüncü mərhələsində braziliyalı Joao Fonseka ilə matç zamanı ciddi fizioloji problemlərlə üzləşib. Oxu.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir. Mayın 29-da Cokoviç beş setdə Fonsekaya məğlub olub - 6:4, 6:4, 3:6, 5:7, 5:7. Oyun 4 saat 57 dəqiqə davam edib. Beşinci setdə Cokoviç kortda qusub. 39 yaşlı serbiyalı tennisçi 2009-cu ildən bəri ilk dəfədir ki, Böyük Dəbilqə turnirinin 1/8 finalına vəsiqə qazana bilməyib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az